Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/13/2025

Paylaşın

GÜNDƏM

Bakı və ətraf ərazilərdə əlilliyi olan 2,1 min şəxs “Reabilitasiya Avtobusu”ndan yararlanıb

“Reabilitasiya Avtobusu”, RehaBus

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2022-ci ildən icrasına başladığı “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində əlilliyi olan 2,1 min şəxsə xidmət göstərilib.
Baki-baku.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmağa xidmət edən layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan, rahat şəkildə çatmasını təmin edir.
Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunda əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarılırlar.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bu barədə avstraliyalı alim Karl Kruşelnitskinin "Popular Mechanics" nəşrində məqaləsi dərc olunub.