Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/11/2026

Paylaşın

GÜNDƏM

Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalanıb

Bakı və Əbu-Dabi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyəti Bakıda səfərdədir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Baki-baku.az-a bildirilib ki, fevralın 11-də nümayəndə heyəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.

Görüşdə Eldar Əzizov qeyd edib ki, bu gün ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir. Fevral ayının 4-də Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri zamanı ona “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunmasını ölkə başçısının uğurlu siyasətinə verilən yüksək qiymət olduğunu bildirib. Bütün bunlar öz növbəsində paytaxt Bakı və Əbu-Dabi şəhərləri arasında uğurlu əməkdaşlıq qurmağa zəmin yaradır.

Bakı haqqında məlumat verən Eldar Əzizov bildirdi ki, cənab İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı şəhəri keyfiyyətcə yeni səviyyəyə yüksəlib və bu proses uğurla davam edir.

Azərbaycan və BƏƏ arasında uzun illərdən bəri davam edən dostluq münasibətlərinə toxunan Məhəmməd Əli Əl-Şorafa qeyd edib ki, ölkəsində Azərbaycanla əlaqələrə xüsusi önəm verilir: “Bu mənim şəhərinizə ilk səfərimdir və gördüklərimi nəzərə alaraq sonuncu olmadığına əminəm”.

Bakı şəhərinin sürətli inkişafını, şəhər idarəçiliyinin effektivliyini xüsusilə qeyd edən qonaq iki paytaxt şəhərin biri-birindən çox şeyi öyrənəcəklərinə ümidvar olduğunu bildirib.

Sonra Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Eldar Əzizov qonağa şanlı zəfərimizə həsr olunan və artıq 11 dildə çap edilən “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ərəb dilində nəşrini təqdim edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a AYNA-dan məlumat verilib

Ən son

GÜNDƏM

Bakının ən müqəddəs və simvolik məkanlarından biri olan Fəxri xiyaban ətrafında abadlıq və yaşıllaşdırma tədbirləri

GÜNDƏM

Bakının ən müqəddəs və simvolik məkanlarından biri olan Fəxri xiyaban ətrafında abadlıq və yaşıllaşdırma tədbirləri
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin