Nəşr edilmişdir 06/04/2025

Paylaşın

GÜNDƏM

Bakı və Daşkənd şəhərlərinin icra başçıları arasında görüş keçirilib

İyunun 4-də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla Daşkənd şəhərinin hakimi Şavkat Umurzakov arasında rəsmi görüş keçirilib. Baki-baku.az xəbər verir ki, görüş zamanı paytaxtlar arasında tərəfdaşlığın genişləndirilməsi, o cümlədən şəhər idarəçiliyi, şəhərsalma, ekologiya, nəqliyyat və rəqəmsallaşma sahələrində birgə layihələrin icrası məsələləri müzakirə olunub.
Görüşdə xüsusilə dayanıqlı inkişaf, “yaşıl” iqtisadiyyat və “ağıllı şəhər” konsepsiyasının tətbiqi diqqət mərkəzində olub.
Tərəflər həmçinin şəhər infrastrukturuna qarşılıqlı investisiyaların artırılmasının və innovativ həllərin tətbiqinin vacibliyini vurğulayaraq, iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün geniş potensialın mövcudluğunu qeyd ediblər.
Eldar Əzizov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan qardaşlıq münasibətlərinin paytaxtlar arasında əməkdaşlıq üçün möhkəm təməl yaratdığını da xüsusi vurğulayıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi nəticəsində Bakı şəhəri urbanistik, infrastruktur və mədəni inkişaf baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq, qlobal müstəvidə müasir meqapolislərdən birinə çevrilməkdədir.
Öz növbəsində, Şavkat Umurzakov Bakının inkişaf səviyyəsinə heyranlığını ifadə edərək, birgə təşəbbüslərin həyata keçirilməsinə tam hazır olduqlarını bildirib.
Görüş çərçivəsində Özbəkistan nümayəndə heyətinə Bakının və Azərbaycanın tarixinə, mədəniyyətinə və müasir inkişafına həsr olunmuş nəşrlər təqdim edilib.
Sonda Bakı və Daşkənd arasında əməkdaşlığın dərinləşdirilməsi və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində qarşılıqlı iradə bir daha ifadə olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində Qurban bayramı günü, iyunun 6-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib.