Nəşr edilmişdir 07/11/2025

Paylaşın

GÜNDƏM

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin keçirdiyi müsabiqədə Baki-baku.az-ın əməkdaşı birinci olub

İyulun 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib.
Baki-baku.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”nə və Azərbaycan milli mətbuatının yaradılmasının 150 illiyinə həsr olunan müsabiqənin əsas məqsədi jurnalistlərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, dövlət və cəmiyyət maraqlarının müdafiəsində onların potensialından səmərəli istifadə olunması və yeni jurnalist araşdırmaları üçün imkan yaradılmasıdır.
Qeyd edək ki, cari ilin aprelin 15-dən iyun 15-dək müsabiqəyə “Konstitusiya”, “Suverenlik” və “Milli mətbuat – 150” mövzuları üzrə məqalələr təqdim olunub.
Müsabiqəyə təqdim edilmiş materiallar Əməkdar jurnalist Flora Xəlilzadə, BDU-nun kafedra müdiri Qulu Məhərrəmli və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdan ibarət münsiflər heyəti tərəfindən yoxlanılıb və nəticələrə əsasən qaliblər müəyyən edilib.
Müsabiqənin yekunlarına əsasən I yerin qalibi Baki-baku.az xəbər saytının müxbiri Xanım Aydın, II yerin qalibi “Kinobiz.az” saytının redaktoru Mehrəliyeva Dilbər, III yerin qalibi “İkisahil.az” xəbər portalının müxbiri Aslanova Yaqut Baş İdarənin diplomu və pul mükafatı ilə təltif olunublar.
Müsabiqədə iştirak edən digər iştirakçılara isə Baş İdarə tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gələn həftədən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) qəbul başlayır

Ən son

GÜNDƏM

Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib

GÜNDƏM

Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib