Mart ayından başlayan tikinti işləri əsasən pit və komanda binalarında davam etdirilir.
Baki-baku.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının tikinti şöbəsinin meneceri Sübhan Manafzadə “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində media tur zamanı deyib.
O bir sıra yeniliklər olduğunu vurğulayıb:
“Olduğumuz ərazidə tikinti hissəsinin 80 faizini tamamlamışıq. Avqustda ümumi trekin tikinti işlərinə başlamağı planlaşdırırq. Bu, əvvəlki illərlə müqayisədə 12 həftədən 6 həftəyə endirilib. Nəqliyyatın hərəkətinə maneə yaratmamaq üçün vaxtı maksimum qısaltmağa çalışmışıq. Ümumilikdə 1500-1700 aralığında fərqli sahələr üzrə insan cəlb olunub”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.