Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/13/2026

Paylaşın

GÜNDƏM

Bakı-Sumqayıt üzrə fəaliyyət göstərən iki ekspress marşrutunda qiymətlər artırılıb

Bakı-Sumqayıt, Avtobus

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək.

594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, sözügedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər arasında əsas tələbatı qarşılayır. Bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır. Bu xətlərdə hazırda ekoloji təmiz CNG mühərrikli və müasir BMC markalı ümumilikdə 41 avtobus istismar olunur.

Qeyd edək ki, hər zaman ekspress marşrutlarında qiymət müntəzəm marşrutlardan daha yüksək təyin olunur.

Xatırladırıq ki, 594 və 595 nömrəli ekspress marşrutlarında “Neoplan” markalı müasir avtobuslar fəaliyyət göstərir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gündən "biletim.az" portalından onlayn bilet alan sərnişinlər "Apple Pay" və "Google Pay"dən istifadə edərək ödəniş edə biləcək.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin