Nəşr edilmişdir 01/23/2025

Paylaşın

GÜNDƏM

Bakı Su Həftəsinin keçiriləcəyi tarix məlum oldu

21fe4575-8777-49c7-95b0-3f921151aa40

Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını özündə birləşdirən sayca ikinci Bakı Su Həftəsi 2025-ci ildə sentyabrın 10-12-də baş tutacaq.
Baki-Baku.az bu barədə “Caspian Event Organisers” şirkətinə istinadla xəbər verir.
Azərbaycanla yanaşı, bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Bakı Su Həftəsi ilk dəfə olaraq 2024-cü ildə keçirilib. Bu tədbirdə 16 ölkədən 97 şirkət iştirak edib və üç gün ərzində tədbiri 4500-ə yaxın şəxs ziyarət edib.
Eləcə də, sərgi çərçivəsində 145 işgüzar B2B görüş keçirilib. Burada yerli və xarici şirkətlərin nümayəndələri gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı qazanıblar.
Bu sahənin ölkədə bundan sonrakı inkişafı, yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan
etmək məqsədilə keçirilən tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir.
Tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. Eyni zamanda, sərgi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi yanvarın 9-da Yasamal

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və

GÜNDƏM, MEMARLIQ, TARİX

Bakının ən gözəl və görməli olan yerlərindən biri, özündə həm keçmişi, həm də müasirliyi birləşdirən,

GÜNDƏM

Ötən yazımızda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan məhəllələrin Bakının bir sıra ərazilərində acınacaqlı vəziyyətdə olması