Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/04/2026

Paylaşın

GÜNDƏM

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb

IMG-20260104-WA0024

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində yaranan buzlaşma səbəbindən nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, artıq bir saatdan çoxdur onlarla avtomobil yolda hərəkətsiz vəziyyətdə qalıb.

Mövcud vəziyyət həm paytaxtdan Ağsu istiqamətində hərəkət edən sürücülərə, həm də regionlardan Bakıya doğru gedən nəqliyyat vasitələrinə ciddi çətinliklər yaradır.

Yolun hər iki istiqamətində buz qatının əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkəti faktiki olaraq mümkünsüz olub. Sürücülər enişli-yoxuşlu dolaylarda nəqliyyat vasitələrini idarə etməkdə çətinlik çəkir, bəzi avtomobillər isə sürüşərək yolda qalırlar. Uzun tıxac yaranması səbəbindən ərazidə gərginlik də müşahidə olunur.

Məsul qurumların əraziyə gecikməsi səbəbindən sürücülər və yaxınlıqda yaşayan sakinlər vəziyyətdən çıxış yolunu özləri axtarmağa məcbur qalıblar. Belə ki, onlar yol kənarında olan qum və torpağı yola səpərək avtomobillərin hərəkətini qismən bərpa etməyə çalışırlar. Buna baxmayaraq, güclü buzlaşma səbəbindən görülən tədbirlər hələlik nəticə vermir.

Sürücülər aidiyyəti qurumlara müraciət edərək yolun təcili şəkildə təmizlənməsini və duz-qum qarışığının səpilməsini xahiş edirlər. Hazırda əraziyə məsul qurumların texnikası və əməkdaşlarının cəlb olunmaması vəziyyəti daha da ağırlaşdırır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin