Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2025

Paylaşın

HƏR ŞEYDƏN

Bakı sakinlərinin israf sayılacaq xərcləri

İsraf sayılacaq xərclər, İsraf, Xərc

Pulu qazanmaq qədər ona qənaət etmək də böyük bir bacarıqdır. Bəzən nəfsimizə hakim ola bilmirik və fərqinə varmadan bir sıra xərclər edirik. Düzgün planlaşdırılmadıqda isə bu xərclər israfa gətirib çıxarır. Nəticədə həm ailə büdcəsi sıxılır, həm də pulumuzun dəyərini duymadan xərcləmiş oluruq.

Baki-baku.az redaksiyası paytaxt sakinlərinin israf sayılacaq 9 xərcini təqdim edir:

Hər gün kofe almaq

Tutaq ki, həftə içi 5 dəfə 5 manatlıq qəhvə alırıq. Hesablayanda: 5 AZN x 5 gün x 48 həftə = 1200 AZN / il.
Əlbəttə, bu xərclər bəzən gündəlik zövq və həyat enerjisi verir. Amma sual budur: həqiqətən ehtiyacdır, yoxsa sadəcə vərdişdir?

Məktəb və hazırlıq xərclərində şişirdilmiş ödənişlər

Bakıdakı özəl repetitorluq, kurslar və lisey hazırlıqları ailələrin büdcəsini sıxır. Bəzən isə nəticə gözləntiləri qarşılamır. Bu isə həm maddi, həm də mənəvi baxımdan məyusedici olur.

Toy, ad günləri və bənzəri yığıncaqlar

Xüsusilə Bakıda toy, nişan, ad günü və digər tədbirlərdə təmtəraqlı olmaq üçün minlərlə manat xərclənir. Yığıncağın daha yığcam və sadə təşkil olunması səbəbkarın xoşbəxtliyinə böyük miqyasda təsir etməsə də, hələ də xərclər çox vaxt düzgün bölünmür.

“Impuls” alış-verişlər

Əksər supermarketlərdə kassaların yanında yerləşdirilən məhsullar ani qərarlarla səbətə atılır. Alış-veriş siyahısında olmasa da, müştərini şirnikləşdirən bu məhsullar demək olar ki, hər zaman lazımsız olur. Ehtiyac yoxdursa, bu xərclər israfdır.

Bakıda şəxsi avtomobil ehtiyacı

Şəhərdə sıxlıq, parkinq problemləri və bahalı yanacaq xərclərinə baxmayaraq, şəxsi avtomobil saxlamaq istəyənlərin sayı günü-gündən artır. Halbuki gündəlik marşrutlar üçün ictimai nəqliyyat bəzən daha sərfəli və praktik olur.

İdman zallarına işlənməyən abunəliklər

Bakıdakı idman zallarının əksəriyyətində abunəlik qiymətləri 50–150 AZN arasında dəyişir. Ancaq abunə alanların əhəmiyyətli hissəsi ayda bir neçə dəfə getsə də, bu haqqı ödəyir. Yəni pul verilir, amma qarşılığında real fayda çox vaxt alınmır.

Gündəlik kafe və çayxana xərcləri

Bakıda insanlar günün böyük hissəsini çöldə keçirir. Səhər qəhvəsi, günorta naharı, axşam qəlyanxana… Aylıq bu tip xərclər orta hesabla 150-350 AZN-ə qədər dəyişir. Halbuki evdə hazırlanacaq sadə yeməklər və içkilər bu xərclərin böyük hissəsini azalda bilər.

Yemək sifarişi tətbiqləri

Bakıda da “Wolt”, “Bolt Food” və “Uber Eats” kimi tətbiqlərlə sifariş vermək rahatdır. Yorğun, kefsiz və ya xəstə olduqda bu ideal seçimdir. Amma vərdiş halına çevrildikdə, aylıq 100–300 AZN arası israfa səbəb olur. Üstəlik, porsiyalar az, yemək çox zaman soyumuş olur. Bir dostum demişdi: “Soyuq kartof üçün ikiqat pul ödəyirsən”.

Hər ay səbətə atılan, nəticədə istifadə olunmayan onlayn sifarişlər

“Trendyol”, “Temu”, “Amazon” sifarişlərinin çoxu ya ehtiyac olmadan alınıb, ya da istifadə edilmədən qalır. Xüsusilə “ucuzdur deyə aldım” düşüncəsi israfın ən klassik nümunələrindəndir.

Məqalənin yekununda qeyd etmək istərdim ki, xərclərə nəzarət etmədən, maliyyə savadlılığı olmadan israfın qarşısını almaq müşkül məsələdir. Öz büdcəmizi analiz edib, israf nöqtələrimizi tapıb dəyişməyə nə qədər tez başlasaq, bir o qədər tez qazancda olarıq. Çünki qənaət təkcə pulu qorumaq deyil, həm də həyat keyfiyyətini düzgün idarə etməkdir.

Deniz Məmmədli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В Древнем Риме женщины не имели личных имён - им давали лишь родовое, например, Юлия из рода Юлиев

Ən son

İdman

Tenerifedən olan ən məşhur karnaval truppalarından biri Los Joroperos bu həftə sonu "Formula-1" üzrə Azərbaycan

İdman

Tenerifedən olan ən məşhur karnaval truppalarından biri Los Joroperos bu həftə sonu "Formula-1" üzrə Azərbaycan
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin