Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/23/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib

A06CA056-EBFD-4867-ADBF-53E3677B9B26

Cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri  barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb. Bu gün artıq Bakı Şəhər İcra Hakimiyyətitərəfindən  qalib elan edilən mövzulardan ibarət «Heydər Əliyev və Azərbaycan tarixi» adlı növbəti kitab işıq üzü görüb.

Bakı Şəhər İcra Hakimiyyətində aparatın məsul işçılərinin, qalib seçilmiş məktəblilərin, onların elmi rəhbərlərinin, bir sıra məktəblərin rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı və şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən  təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı, ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri  Elmin İmanov bildirdi ki, hər dəfə Azərbaycan tarixini araşdırarkən dahi Heydər Əliyev və Prezident İlham Əliyevin fenomenini daha yaxından başa düşürsən. Azərbaycan tarixində görkəmli şəxsiyyətlər çoxdur, lakin Heydər Əliyevin tariximizdəki yeri misilsizdir.

Konfransda Binəqədi rayonu, 135 nömrəli məktəbin direktoru Şəfa Qurbanova, Nəsimi rayonu, 247 nömrəli məktəbin tarix müəllimi Günay Allahverdiyeva, Xətai rayonu, 29 nömrəli məktəbin şagirdi Sara Mehdiyeva və başqaları çıxış edərək məktəblilərin, müəllimlərin bu layihəyə böyük maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini bildirdilər. Qeyd olundu ki, ənənəvi olan və hər il minlərlə şagirdi əhatə edən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan Şanlı Qələbə barədə öz elmi məqalələri ilə çıxışlar edirlər. Son nəticədə isə belə bir kitab işıq üzü görüb.

Ümumilikdə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3000-dən çox şagirdin iştirak etdiyi paytaxtın hər rayonundan qalib şagirdləri referatları Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib. 

Ənənəvi xarakterli bu müsabiqənin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub. 

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bəzi kütləvi informasiya vasitələrində və sosial media platformalarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir sıra əməkdaşlarının işdən çıxarılması

Ən son

TARİX, TARIXI ŞƏXSİYYƏTLƏR

Bu gün Xalq artisti, teatr və kino aktyoru, Azərbaycan kinosunun “Mixaylo”su Nodar Şaşıqoğlunun doğum günüdür.

TARİX, TARIXI ŞƏXSİYYƏTLƏR

Bu gün Xalq artisti, teatr və kino aktyoru, Azərbaycan kinosunun “Mixaylo”su Nodar Şaşıqoğlunun doğum günüdür.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin