Nəşr edilmişdir 11/28/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Bakı Şəhər İcra Hakimiyyətində növbəti müşavirə

bsih02-e1572259083328

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə müşavirədə qeyd edilib ki, bir neçə gün əvvəl ölkəmiz çox mühüm beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edib. Çox yüksək səviyyədə təşkil edilən tədbir bütün dünyada Prezident İlham Əliyev və ölkəmizin növbəti uğuru kimi qiymətləndirilib.
Bildirilib ki, tədbirə hazırlıq və tədbir günlərində bütün rayon İcra Hakimiyyətləri, şəhərin təsərrüfat və digər xidmətləri öz vəzifələrinin öhdəsindən ən yüksək səviyyədə gəliblər. Hazırlıq dövründə şəhərdə, xüsusilə Nərimanov, Binəqədi, Xətai, Nizami, Qaradağ və digər rayonlarda xeyli iş görülüb, prospekt və küçələr, yaşayış binaları və bir çox yerlər təmir edilib, bütün şəhər gül-çiçəyə bürünüb.
Müşavirədə növbəti dəfə qanunsuz tikililərlə bağlı məsələlər ciddi müzakirə edilib və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib. Qeyd edilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhərinin bəzi yerlərində son zamanlarda müxtəlif işbazlar, ayrı-ayrı vətəndaşlar, ictimai-iaşə obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni olaraq müxtəlif təyinatlı tikili və obyektlər inşa olunub və qadağan olunmuş ərazilərdə tikinti işləri aparılıb. Bakı Şəhər İcra Hakimiyyətinin müdaxiləsindən sonra bu tikililərin söküntüsü təmin olunub.
Müşavirədə təsərrüfat işlərində yol verilən nöqsanlara və qanunsuz tikililərlə bağlı bəzi RİH başçılarına ciddi xəbərdarlıq edildi.
Toplantıda həmçinin qış aylarında güclü qar yağmasına hazırlığın vəziyyəti və şəhərin yeni üçün bayram tərtibatı məsələlıri də müzakirə edilib, aidiyyatı qurumlara tapşırıqlar verilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq. Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin

Ən son

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,