Nəşr edilmişdir 01/27/2025

Paylaşın

TARİX

Bakı real məktəbinin reallığa çevrilməsi – Bakı tarixinin səhifələrindən

Bakının istiqlaliyyəti sanki elə İstiqlaliyyət küçəsindən başlayır. Necə ki Bakıda ilk yol – ilk küçə bura olub, elə təhsilimizin də ilk yolu, ilk küçəsi də, sanki buradan başlayıb. Bu küçədə – İstiqlaliyyət küçəsi 6-da bir zamanlar Bakı real məktəbi inşa edilib və insanların təhsil alması, elmə yiyələnməsi, mədəni və dünyagörüşlü olması üçün hər cür şərait yaradılıb.

Baki-baku.az Bakı real məktəbinin izi ilə tarixi vərəqləyir.

1837-ci ildə Şamaxıda üçillik qəza məktəbi yaradılıb, sonra isə ali dördillik məktəbə çevrilərək internat olub. Orada baş verən dağıdıcı zəlzələdən sonra məktəb 1860-cı ildə Bakıya köçürülüb. 1867-ci ildə isə ali dördillik məktəb real gimnaziyaya, 1874-cü il yanvarın 1-də isə real məktəbə çevrilib. Gimnaziya Qubernskaya küçəsindəki (indiki Nizami küçəsi) binada fəaliyyət göstərib.

1891-ci ildə Şəhər Duması real məktəbin binasının tikintisi üçün keçmiş Nikolayevski küçəsində (indiki İstiqlaliyyət küçəsi) yer ayırıb. Binanın ilkin layihəsi 1892-ci ildə işləyib-hazırlayıb, lakin layihədə və smetada olan bir sıra çatışmazlıqlar və nöqsanlar ucbatından qəbul edilməyib. Yenidən işlənmiş layihəyə ikinci baxış zamanı (bir ildən sonra) əyalət hökuməti bu cür bahalı (300.000 rubl) strukturun şəhər üçün çox vacib olduğunu nəzərə alaraq, yenidən onu təsdiq etməyi mümkün hesab etmədi və buna görə də qubernatordan layihəni baxılmaq üçün ən yüksək texniki orqana göndərilməsini istəyib.

Bakı real məktəbinin, Bakı real məktəbi

Qubernator Qafqazdakı baş komandanlığın idarəsi ilə əlaqə saxlayıb, ondan layihənin nəzərdən keçirilməsinə bütün ciddiliklə yanaşmasını, sanitariya arxitekturasının və texnologiyasının bütün tələblərinə heç bir ifrata yol vermədən cavab verməsini və hətta ola bilsin ki, layihəni baxılmaq üçün Daxili İşlər Nazirliyinin texniki-tikinti komitəsinə göndərməsi üçün müraciət edib. Tarixi sənədlərdə real məktəb üçün layihənin Daxili İşlər Nazirliyinin texniki-tikinti komitəsində baxılmaq üçün Sankt-Peterburqa göndərilib-göndərilməməsi ilə bağlı dəqiq məlumat yoxdur.

Nəhayət, 1900-cü illərin əvvəllərində Dmitri Buynov tərəfindən tərtib edilmiş İtalyan İntibah üslubunda olan real məktəb layihəsi təsdiq edilib. Ola bilsin ki, məktəbin orijinal  ilkin dizaynı da müəllifliyi ilə tanınan Buynova məxsus olub. Amma binanın detallarının cizgilərindən, ümumi plastikliyindən hiss etmək olar ki, Buynovun həmmüəllifi var, çünki onun Bakıda başqa görkəmli yaşayış və ictimai binaları yoxdur.

Beləliklə, 1901-ci il mayın 14-də Nikolayevski küçəsində İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi ilə Bakı şəhər duması arasında məktəbin təməli qoyulub. “Kaspi” qəzeti həmin dövrdə bu münasibətlə yazırdı: “Mayın 14-də, gündüz saat 12-də Nikolayevski küçəsində şəhər sakinlərinin iştirakı ilə realnı məktəb binasının təməli qoyulmuşdur. Tədbirdə quberniya rəhbəri Lilev, realnı məktəbin direktoru Denfer, digər Bakı məktəblərinin rəhbərləri, pedaqoqlar və realnı məktəbin himayəçiləri iştirak etmişdir”.

1901-1904-cü illərdə tikilən real məktəbin binası bütün qonşu binalardan həcmcə daha böyük idi. Magistral yolun əsas strukturlarının yerləşdiyi kəskin döngədə yerləşirdi. Real məktəbin tikintisi başa çatdıqdan sonra Nikolaevski küçəsinin formalaşması başa çatmaq üzrə idi.

Bakı real məktəbinin, Bakı real məktəbi

Bina məşhur Bakı milyonçusu Musa Nağıyevin vəsaiti hesabına tikilib. Mənbələrdə verilən məlumata əsasən, bu bina M.Nağıyevin Bakıda tikdirdiyi 98 binadan biridir. Bəzi qaynaqlarda bildirilir ki, bu təklifi M.Nağıyevə tanınmış milli mesenat Hacı Zeynalabdin Tağıyev verib.

Məktəbdə təbiət və dəqiq elmlərin öyrənilməsinə xüsusi diqqət yetirilib. Burada şagirdlərin sərbəst müşahidələr apardığı meteoroloji stansiya mövcud olub. Məktəbin əsas cihazları və dərslikləri şagirdlər tərəfindən hazırlanıb. Onların əmək, rəsm, modelləşdirmə işləri Rusiya və Qafqazda keçirilən sənaye və incəsənət sərgilərində dəfələrlə nümayiş etdirilib və mükafatlar qazanıb. Məktəbdə məşhur Litva yazıçısı V.İ.Mitskeviçin rəhbərlik etdiyi ədəbi və ifadəli qiraət dərnəkləri də  fəaliyyət göstərib.

Burada oxuyan şagirdlərin müəyyən hissəsi dövlət hesabına təhsil alırdı. Bakı milyonçusu Musa Nağıyev məktəbə maliyyə yardımı edirdi. Nəriman Nərimanov, Həsən bəy Zərdabi Bakı real məktəbində dərs deyiblər.

Bakı real məktəbi bu binada 1920-ci ilə qədər öz fəaliyyətini davam etdirib. Sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığı yanında Bakı Xalq Maarifi İdarəsinin tabeliyinə keçib. Sonralar binada Azərbaycan Dövlət Universiteti yerləşdirilib. Universitet yeni binaya köçürüldükdən sonra bu bina Xalq Təsərrüfatı İnstitutuna verilib. Hazırda binada Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) fəaliyyət göstərir.

Bakı real məktəbinin, Bakı real məktəbi, UNEC, İqtisadiyyat Universiteti

Bina Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əhməd Rəcəbli... Bu ad daha çox Bakı küçələrindən birinin adı kimi qulağımıza tanışdır. Güman ki, o küçədən addımlayan

Ən son

GÜNDƏM

Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300

ƏSAS XƏBƏRLƏR

Bir neçə gündür ki, sosial şəbəkələrdə "Vətən" stadionunun qanunsuz olaraq sökülməsi ilə bağlı məlumatlar paylaşılır.

GÜNDƏM

Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək.Baki-baku.az xəbər verir ki, bunu Azərbaycan