Bu ilin iyul ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 198 şəhər arasında 83,27 MB/S sürətlə 112-ci yerdə qərarlaşıb.
Baki-baku.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (353,22 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,73 MB/S) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 4 pillə irəliləyərək 93,16 MB/S sürətlə 148 şəhər arasında 83-cü olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (581,31 MB/S), sonuncu yeri La Paz (Boliviya) (11,12 MB/S) tutub.