Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/04/2025

Paylaşın

GÜNDƏM

Bakı metrosunun bütün stansiyalarında yeni ödəniş üsulunun tətbiqinə başlanılıb

Bakı metrosunun bütün stansiyalarında yeni ödəniş üsulu, Bakı Metropoliteni

“Bakı Metropoliteni” QSC rəqəmsal dünyanın tələblərinə keçidə uyğun olaraq daha bir yenilik edib.

Baki-baku.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, texnoloji yeniliklər və müasir tendensiyalarla ayaqlaşan Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər. Paralel olaraq “BakıKart”, “BirBank” və “M10″la ödəniş qüvvədə saxlanılır.

Bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun artıq metropolitenin bütün stansiyalarında tətbiqinə başlanılıb.
Yenilik Bənövşəyi xəttin stansiyalarında uğurla sınaqdan keçirilib.

NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.

Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İnsanlar yuxularını necə görür? Rəngli, yoxsa qara-ağ?

Ən son

HƏR ŞEYDƏN

Azərbaycanın geniş çöllərində, günəşin altında tək-tənha bitən, acı qoxusuyla uzaqdan tanınan bir bitki var –

HƏR ŞEYDƏN

Azərbaycanın geniş çöllərində, günəşin altında tək-tənha bitən, acı qoxusuyla uzaqdan tanınan bir bitki var –
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin