Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/25/2025

Paylaşın

GÜNDƏM

Bakı metrosunun “Bənövşəyi” xəttində interval 5 dəqiqəyə endirilib

"Bənövşəyi" xətt

“Bakı Metropoliteni” QSC sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə “Bənövşəyi” xətdə qatarların hərəkət intervalını ilk dəfə 5 dəqiqəyədək azaldıb.

Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb. Nəticədə “Avtovağzal–Xocəsən” sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.

Bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni zamanda ümumi xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.

Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması istiqamətində texniki və təşkilati tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ölkəmizdəki diplomatik missiyasının başa çatması ilə əlaqədar

Ən son

GÜNDƏM

19 iyun tarixində "Azneft" İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin

GÜNDƏM

19 iyun tarixində "Azneft" İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin