Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/19/2026

Paylaşın

GÜNDƏM

Bakı metrosu sabah gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı metrosu

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.

Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib.

Anım tədbirlərinin keçiriləcəyi “20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət mexanizmləri tətbiq ediləcək.

Qeyri-iş günü olsa da, metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq.

Stansiyalarda musiqilər günün ruhuna uyğun səsləndiriləcək və qatarlarda stansiya elanları radiorabitə vasitəsilə təqdim olunacaq.

Hadisənin mərkəzində yer almış “20 Yanvar” stansiyası Hüzn Günü üçün xüsusi tərtibatda hazırlanacaq, stansiyanın vestibülləri və platformasında qərənfillərdən ibarət kompozisiya qurulacaq. Metropolitenin rəhbərliyi Vətənimizin azadlığı və müstəqilliyimizin bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizi ənənəvi olaraq “20 Yanvar” stansiyasında yad edəcək.

Saat 12:00-da bütün stansiyalarda qatarların hərəkəti dayandırılacaq və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

Daha sonra Bakı Metropoliteninin nümayəndələri Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin, o cümlədən hadisə zamanı şəhidlik zirvəsinə ucalmış metropolitençilər – “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovun məzarını ziyarət edəcəklər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bildirir ki, bu, aviasiya və idman tarixində ən eksantrik səhifələrdən birinə çevrilmiş bu hadisə idi.

Ən son

GÜNDƏM

Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda

GÜNDƏM

Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin