Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/09/2025

Paylaşın

GÜNDƏM

Bakı metrosu maaşların ödənilməməsi iddialarına aydınlıq gətirib

Bakı metrosu, "Bakı Metropoliteni", Metro

“Bakı Metropoliteni” QSC işçilərinin əmək haqlarının ödənilməməsi barədə son vaxtlar yayılmış məlumatlara münasibət bildirib.

Baki-baku.az QSC-yə istinadla xəbər verir ki, maaşlar Cəmiyyətin təsdiq edilmiş büdcəsi çərçivəsində, əmək haqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam ödənilib. Bu zaman əmək müqavilələrinin şərtlərinə və əmək qanunvericiliyinin tələblərinə uyğunluq təmin olunur.

QSC bildirir ki, Bakı metrosu yanvarın 1-dən müvafiq tədbirlər həyata keçirib, minimum əmək haqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların maaşına tətbiq edilib: “Hazırda metroda əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əmək haqqı öhdəliyi yoxdur.

Əmək haqqı artımları Cəmiyyətin təsdiq edilmiş büdcəsi, gəlirlər və xərclər nəzərə alınmaqla, korporativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər. Hazırda Cəmiyyətin belə artımlarla bağlı hər hansı öhdəliyi mövcud deyil.

Əmək haqqı məbləğlərinə dair hər hansı dəyişiklik və yaxud yenilənmə baş verdiyi halda, bu barədə əməkdaşlar və aidiyyəti qurumlar rəsmi qaydada məlumatlandırılacaq”, – “Bakı Metropoliteni”n açıqlamasında deyilir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Bakı Metropoliteni" QSC işçilərinin əmək haqlarının ödənilməməsi barədə son vaxtlar yayılmış məlumatlara münasibət bildirib.

Ən son

HƏR ŞEYDƏN

“Şouşenkdən Qaçış” — milyonlarla tamaşaçının qəlbini fəth etmiş, kino tarixində artıq kult statusu qazanmış bir

HƏR ŞEYDƏN

“Şouşenkdən Qaçış” — milyonlarla tamaşaçının qəlbini fəth etmiş, kino tarixində artıq kult statusu qazanmış bir
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin