“Bakı Metropoliteni” QSC 20-24 mart tarixlərini əhatə edən əsas Ramazan və Novruz bayramı günlərində 1 milyon 969 min 740 sərnişin daşıyıb.
Baki-baku.az xəbər verir ki, bu günlər üzrə orta statistik göstərici 393 min 948 nəfər olub.
Xatırladaq ki, “Bakı Metropoliteni” indiki təşkilati-hüquqi formada Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” SC-nin birləşdirilməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 580,638 milyon manatdır.