Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/03/2026

Paylaşın

GÜNDƏM

Bakı Metropolitenində “Metro Hackathon” layihəsinin qalibləri bəlli olub

"Metro Hackathon"

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tarixi yeniliyə imza atıb.

Baki-baku.az xəbər verir ki, 1-3 mayda süni intellekt (Aİ) əsaslı innovativ həllərlə sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin potensialının reallaşdırılması məqsədilə “Metro Hackathon” layihəsi keçirilib.

Layihədə iştirak üçün ümumilikdə 1 201 nəfər müraciət edib. Bir aydan çox davam edən qeydiyyat mərhələsində proqrama xüsusən gənclər və sahə üzrə mütəxəssislər ciddi maraq göstəriblər.

875 bakalavr və magistr tələbəsi və sahə üzrə 326 peşəkar mütəxəssis arasında aparılan seçim prosesinin yekunlarına əsasən, 72 namizədin iştirakı təsdiqlənib. Onlar arasında ortalama yaş həddi isə 19-24 olub.

Seçim prosesi peşəkar mütəxəssislər tərəfindən bir neçə meyar üzrə (texniki uyğunluq, ideya yanaşması, komanda balansı və s.) kompleks şəkildə aparılaraq ümumi rəy formalaşdırılıb.

3 gün davam edən yarışmada hərəsi 4 təsadüfi iştirakçıdan formalaşdırılan 18 komanda mübarizə aparıb.

Komandalar metropolitenin stansiyalarının – “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik”, “Bakmil”, “Ulduz”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Həzi Aslanov”, “Xətai”, “Cəfər Cabbarlı”, “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “Nəsimi”, “Dərnəgül” və “8 Noyabr” adları altında yarışıblar.

Müsabiqənin ilk iki günündə “İçərişəhər” stansiyasında qurulan xüsusi yarış məkanında hazırlanan prezentasiyalar, süni intellekt əsaslı innovativ həllər və təkliflər mayın 3-də Bakı Metropoliteninin Texnoloji korpusunun akt zalında reallaşan yekun tədbirdə peşəkar mütəxəssislərdən formalaşmış 5 nəfərlik münsiflər heyətinə təqdim edilib. Qızğın müzakirələrdən sonra yekun qiymətləndirilmə aparılaraq qaliblər müəyyənləşdiriliblər.

Münsiflər heyətinin yekdil qərarı ilə 1-ci yerə “Xətai” komandası layiq görülüb. Qalib komandaya təşkilatçılar tərəfindən 5 000 manat pul mükafatı təqdim edilib.

“Gənclik” komandası ikinci, “Sahil” komandası isə üçüncü yeri tutub. Bu komandalara müvafiq olaraq, 3 000 və 1 000 AZN məbləğində mükafat verilib.

Həmçinin, perspektivli gənclərə metro sistemində layihələrini tətbiq etmək və gələcək karyeraları üçün əlavə təcrübə qazanmaq baxımından geniş şərait imkanları təqdim olunub.

Qeyd edək ki, Bakı Metropoliteni hakatona hazırlıq çərçivəsində ölkənin 5 aparıcı ali təhsil müəssisəsində geniş infosessiyalar keçirərək təqdimatlar edib. Ümumilikdə 300-dən çox tələbənin iştirak etdiyi bu görüşlərdə layihənin tam mahiyyəti izah olunub və gənclərin texnoloji həllərə cəlb edilməsi üçün müvafiq məlumatlandırma işləri aparılıb.

İştirakçılar metronun real məlumat bazasından istifadə edərək süni intellekt mühəndisliyindən data analitikasına qədər müxtəlif istiqamətlərdə güclərini sınamaq imkanı əldə ediblər.

Layihənin təşkilində məqsəd süni intellekt (AI) əsaslı texnologiyalar vasitəsilə sərnişin axınının idarə olunması və sıxlığın azaldılması kimi strateji hədəflərə, həmçinin gənclərin innovativ ideyalarını real infrastruktur həllərinə çevirməklə paytaxtın nəqliyyat sistemində rəqəmsal transformasiyaya nail olmağa xidmət edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Bakı Marafonu 2026” tədbiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, mayın 3-də 1, 2,

Ən son

GÜNDƏM

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tarixi yeniliyə imza atıb.

GÜNDƏM

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tarixi yeniliyə imza atıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin