Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/09/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakı metropolitenində stansiyaların çıxışları nömrələnir

IMG-20241209-WA0141

İlk dəfə Bakı metropolitenində bütün stansiyaların giriş və çıxışlarının sıra nömrələri ilə təmin edilməsinə başlanılıb.
Baki-baku.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Bildirilir ki, bununla əlaqədar metropoliten stansiyalarının platformaları, vestibül, keçid və giriş sahələrində olan naviqasiya məlumatlandırma lövhələri dəyişdirilir. Çıxışların nömrələnməsi sayəsində sərnişinlər üçün istiqamət seçilərkən bəzi vərdişlərin möhkəmləndirilməsi daha da rahat olacaq:
“Bu xüsusda çıxışlarda olan obyektləri məhz nömrələrlə daha sürətli və tez təyin etmək mümkün olacaq, eləcə də səmtin müəyyən edilməsi ilə bağlı bir sıra digər çətinliklər azalacaq. Nömrələmə naviqasiya imkanlarını genişləndirməklə yerüstü sahələrdə stansiyaların giriş və çıxışlarına münasibətdə daha konkret seçim edilməsinə, habelə yanlışlıqlara yol verilməsinin əsasən aradan qaldırılmasına təsir edəcək”.
Məlumata görə, qeyd edilənlərlə yanaşı, nəqliyyatın əlaqələndirilməsi, stansiya çıxışları üzrə daha səlis və dəqiq naviqasiya imkanlarından istifadə edilməsinə yol açacaq:
“Bu yenilik “Əlçatan metro” layihəsi üzrə sifarişlər verilməsində və qeydiyyatda yanlışlığa yol vermədən və daha asan üsulla və sürətli aparılmasını təmin edəcək. Planlaşdırılan müasir elektron, mobil və digər naviqasiya sistemlərinin tətbiqi zamanı da nömrələmə qaydasının imkanlarından geniş istifadə olunacaq.
Bu istiqamətdə monitorinqlər aparılaraq, bir sıra digər yeniliklərin tətbiqi də nəzərdə tutulub”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə İslam Səfərli küçəsi avtomobillərin hərəkəti üçün tamam bağlanacaq.

Ən son

Спорт

После сенсационной победы над трехкратным чемпионом континента — Францией (21:16), команда одержала еще одну уверенную

Спорт

После сенсационной победы над трехкратным чемпионом континента — Францией (21:16), команда одержала еще одну уверенную
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin