Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/13/2025

Paylaşın

TARİXİMİZ

Bakı məhəllələrinin xalq adları – şəhərin yaddaşında yaşayan adlar

Bakı məhəllələrinin xalq adları, Bakı məhəllələri, Məhəllə

Bakını küçəbəküçə gəzəndə evlərin üstündə küçələrin rəsm adlarını görürük: Nizami küçəsi, Xaqani küçəsi, Rəsul Rza küçəsi, Süleyman Rüstəm küçəsi və s.  Amma şəhər sakinləri üçün Bakı təkcə bu rəsmi adlardan ibarət deyil. Hər məhəllə, hər küçə xalqın dilində öz adını daşıyır. Bu adlar bəzən rəsmi adından daha çox çəkilən, illərlə dəyişməyən Bakı yaddaşının və ruhunun göstəricisidir.

Xalq adları nədir və niyə yaranır?

Rəsmi küçə adları Sovet dövründə tez-tez dəyişirdi. Bunun əvəzinə sakinlər özləri daha sadə, mənalı, yadda qalan adlar yaradırdılar. Bu adlar ərazinin xüsusiyyətinə, yaxın obyektlərə və ya sosial həyatına bağlı olurdu.

Bəzən bu adlar rəsmi adlardan daha çox yayılır və bütün şəhər tərəfindən qəbul edilirdi. Məsələn, “Nizami metrosu”ndan yuxarı “Paralel” küçələri. Onlar 7 küçə idi, küçələr bir-birinə paralel yerləşdiyi üçün elə adlanmışdı və bu gün hər bir keçmiş Paralelin öz adı var. Amma insanlar, xüsusən də köhnə nəsil ora “Paralelni” deyir. Kanal kənarında tikilmiş məhəllələr vardı. Onlar da “Kanalnı” kimi tanınırdı. Neft zavodlarının yaxınlığında salınmış fəhlə qəsəbələri isə “Zavod” adı ilə məşhur idi. Dəmir yoluna yaxın yaşayış yerləri isə “Stansiya tərəfi” kimi xatırlanır. Bundan başqa “Zavağzal” adlanan, Vağzalın arxasında qalan küçə haqqında danışanda bu gün də elə çoxu köhnə adı ilə deyir. Şəhərin mərkəzindəki məşhur Torqovaya küçəsi həm ticarət fəaliyyəti, həm də şəhər həyatının ritmini ifadə edən xalq adı kimi uzun müddət yaşayır. İndi o küçənin öz adı var, amma yenə də dillərdə adı Torqovayadır (Torqovı). Qanlıtəpə küçəsi də yaddaşlarda qalan keçmiş adlardandır. 12 küçə belə adlanırdı. İndi hamısının müasir dövrə uyğun adları var.

Xalq adları şəhərin ruhunu necə əks etdirir

Bu adlar təkcə coğrafi mövqeyi göstərmir, həm də şəhərin sosial quruluşunu, həyat tərzini və mədəni yaddaşını əks etdirir. Məsələn, Paralel küçələr sadəcə planlı küçələr deyil; orada yaşayanların gündəlik həyatı, yaxınlıqdakı mağazalar və məktəblər hamısı bu adı gücləndirir. Kanalnı həm evlərin yerləşdiyi yerləri göstərir, həm də orada yaşayanların öz aralarındakı danışıq tərzini. Zavod küçəsi fəhlələrin məhəlləsi kimi, Sovetski isə şəhərin mərkəzi ilə bağlı xatirələri saxlayır.

Torgovaya, Bazarnaya kimi adlar isə ticarət, əyləncə və gündəlik həyatı xatırladır, şəhər həyatının ritmini danışır. İnsanlar bu adları eşidəndə, sadəcə yer deyil, bir dövrün və ab-havanın hissini də xatırlayırlar.

Bakı xalq adları ilə danışır

Xalq adları rəsmi adlardan daha davamlıdır. Hər dəfə biri deyir:

“Tarqovıda görüşərik”

…demək yalnız bir yer göstərmək deyil, həm də bir dövrün, bir həyat tərzinin izini xatırlatmaqdır. Hətta şəhərin gənc nəsli belə bu adları bilir, çünki onlar Bakı mədəniyyətinin kodlarıdır. O küçələrin hamısı bir tarix, bir əhval və bir yaddaş parçasıdır. Bu adları bilmək, şəhərin ruhunu anlamaq deməkdir.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, qəza nəticəsində nəqliyyat işıqforu yararsız vəziyyətə
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin