Nəşr edilmişdir 12/17/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakı lüğəti IV (ardı)

Bakı Lüğəti

Səyavuş Əlizadənin “Bakılı belə danışır. Bakı ləhcəsi” kitabı mədəniyyətimizin, etnoqrafiyamızın təbliğatına həsr olunub. Kitabda artıq yavaş-yavaş unudulmaqda olan spesifik Bakı-Abşeron leksikonunun sözlərinin bir ekspozisiyası toplanmışdır. Artıq ənənəvi hal almış “Bakı Lüğəti” rubrikamızdan sizə yeni sözlər təqdim edirik. Bu gün lüğətimiz ölçü vahidləri ilə əlaqəli sözlərə ekskurs edəcək.

Buğda – ən kiçik ölçü vahidi kimi istifadə olunur.

~Bir buğda oldu besdi.

Bəndəm – ağacın iki tumurcuq arasında qalan hissəsi.

Bir dınqa – bir az.

Bir çin – bir lay, bir təbəqə.

~Bir çin daş düz bura (Yəni, bir lay, bir təbəqə daşın düzülməsi).

Bir samand – məc. bir dəqiqə, bir az.

~Bi samand diyan, mizin üsdüni silim.

Bisamat // Bısamatbu saat, bu dəqiqə

Behtər – 1. ən yaxşı, daha yaxşı, əla;

2. çox.

~Behtər iyrənc adamdı.

Cibi  balaca, kiçik.

Duqşey  iki qoşa; farsca “dü” – “iki” ilə azərbaycanca “qoşa” sözünün birləşməsindən əmələ gəlmişdir.   

Ərəş təqribən 62 sm-ə bərabər  uzunluq ölçüsü.

Girvənkə – 400 qr.-lıq çəki vahidi.

~Get iki girvənkə ət al.

Xızan çoxlu, xeyli. Əsasən, çoxsaylı uşağı olan ailələ­rə deyilir.

~Qədeşin bir xızan külfeti var.

Qullac // Qulac  təqribən 1.5 m.-ə bərabər uzunluq ölçü vahidi.

~Rəhmetdiy Kürsümxanım el hamamına gələndə bütün arvaddar, qızdar onun gözəlliyinə, qulac-qulac hörüylərinin gözəlliyinə heyretnən tamaşa edirdilər.

Miyanə  orta ölçülü.

Zığ vurmaq  çoxluq.~O qədər adam var ki, ağzına qədər zığ vırırdı.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına

Ən son

Uncategorized

Bakı şəhəri son illərdə sürətlə inkişaf etməkdədir. Bu prosesin yaxın 10 ildə hələ daha çox

Uncategorized

Bakı şəhəri son illərdə sürətlə inkişaf etməkdədir. Bu prosesin yaxın 10 ildə hələ daha çox