Nəşr edilmişdir 10/22/2024

Paylaşın

ETNOQRAFIYA

Bakı Lüğəti

bakı lüğəti

Tədqiqatçı və sənətşünas Səyavuş Əlizadənin təşəbbüsü və zəhməti ilə yaradılmış Bakı lüğəti standart lüğətlərdən fərqlənir. Burada sözün mənasından əlavə Azərbaycan dilinin, mədəniyyətinin və etnoqrafiyasının təbliği əsas götürülərək oxucuya çox maraqlı və fərqli məlumat ötürülür.

Dialektologiya Azərbaycan dilçiliyində ən az iş­lən­miş sa­hə­lərdən biridir. Halbuki, dialektlər Azər­bay­can ədəbi di­li­­nin formalaşmasında çox mühüm rol oy­na­mış və oyna­maq­­da­dır. Dialektlər xalq dilinin tarixini öy­rənmək ba­xı­mın­dan əvəz­olunmaz mənbədir. Məhz can­lı xalq dilləri di­gər abi­də­lərə nisbətən ən qədim dövr­lərin əlamətlərini, ha­di­sələrini özündə hifz edib sax­la­yır, müasir nəsillərə çat­dı­rır.

Bu bölmədə hər həftə sizlərə Bakı ləhçəsində olan və əsasən, Bakı kəndlərində işlədilən sözləri çatdıracağıq. Dilçi alimlərlə yanaşı, siravi vətəndaşlara da kifayət qədər maraqlı və zəngin bir mənbə rolunu oynayacağına inandığımız lüğətdən ilk hissəni sizlərə təqdim edirik.

Abgərdan – fars mənşəli sözdür. “Su götürən”, “su qabı” deməkdir. Misdən ha­zır­­la­nan, müxtəlif həcmli, nazik uzun qulplu məişət alətidir.

Babət  // Bobat // Babat 1. növ, cür, tərz;

2. Bakı kəndləri arasında orta, miyanə, mülayim, orta hal, ortabab, normal kimi işlədilir.

~Soruşsalar halımi deyinən bobatdı, get-gedə yaxşılaşır (soruşsalar əhvalımı de ki, normaldır, get-gedə yaxşılaşır).

Cayıl – “Cahil” sözünün təhrif olunmuş variantıdır. Bakı dialektində aşağıdakı mənalarda işlədilir:

1. igid, ər, oğul;

2. hörmətli.

~Yekə cayılsan, heç səndən gözdəməzdim.

Çəmənəfruz  gözəl, göyçək.

~Lap çəmənəfruzdua.

Dəmbedəm – hər an, hər zaman, bu dəqiqə.

~Dəmbedəmdü, bu saat gələr.

Ecgahan  işsiz, bekar. Bu söz yalnız Bakının Novxa­nı, Hövsan və Güzdək kəndlərində işlədilir.

Əmrağ  həvəskar

Feyz – 1. bolluq, bərəkət;

2. nemət;

3. müvəffəqiyyət, uğur;

4. həzz, ləzzət, zövq.

Gavar – güman var, deyəsən.

~Əli gavar şəhərə gedib.

Həmrağ – yumşaq adam, mülayim xasiyyətli biri.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının

xəbərlər

Ən son

GÜNDƏM

Ümumdünya Səhiyyə Təşkilatının və klassik dietologiyanın tövsiyələrinə əsasən, gün ərzində üç dəfə qidalanma (səhər yeməyi,

DİGƏR XƏBƏRLƏR

Bakıda 57 sayda marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir, 15 marşrut xəttinin fəaliyyəti dayandırılır. Baki-baku.az

DİGƏR XƏBƏRLƏR

“Hazırda Azərbaycanda mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur. Bu amillər də