Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/17/2024

Paylaşın

ETNOQRAFIYA

Bakı lüğəti IV (ardı)

Bakı Lüğəti

Səyavuş Əlizadənin “Bakılı belə danışır. Bakı ləhcəsi” kitabı mədəniyyətimizin, etnoqrafiyamızın təbliğatına həsr olunub. Kitabda artıq yavaş-yavaş unudulmaqda olan spesifik Bakı-Abşeron leksikonunun sözlərinin bir ekspozisiyası toplanmışdır. Artıq ənənəvi hal almış “Bakı Lüğəti” rubrikamızdan sizə yeni sözlər təqdim edirik. Bu gün lüğətimiz ölçü vahidləri ilə əlaqəli sözlərə ekskurs edəcək.

Buğda – ən kiçik ölçü vahidi kimi istifadə olunur.

~Bir buğda oldu besdi.

Bəndəm – ağacın iki tumurcuq arasında qalan hissəsi.

Bir dınqa – bir az.

Bir çin – bir lay, bir təbəqə.

~Bir çin daş düz bura (Yəni, bir lay, bir təbəqə daşın düzülməsi).

Bir samand – məc. bir dəqiqə, bir az.

~Bi samand diyan, mizin üsdüni silim.

Bisamat // Bısamat – bu saat, bu dəqiqə

Behtər – 1. ən yaxşı, daha yaxşı, əla;

2. çox.

~Behtər iyrənc adamdı.

Cibi – balaca, kiçik.

Duqşey – iki qoşa; farsca “dü” – “iki” ilə azərbaycanca “qoşa” sözünün birləşməsindən əmələ gəlmişdir.   

Ərəş – təqribən 62 sm-ə bərabər  uzunluq ölçüsü.

Girvənkə – 400 qr.-lıq çəki vahidi.

~Get iki girvənkə ət al.

Xızan – çoxlu, xeyli. Əsasən, çoxsaylı uşağı olan ailələ­rə deyilir.

~Qədeşin bir xızan külfeti var.

Qullac // Qulac – təqribən 1.5 m.-ə bərabər uzunluq ölçü vahidi.

~Rəhmetdiy Kürsümxanım el hamamına gələndə bütün arvaddar, qızdar onun gözəlliyinə, qulac-qulac hörüylərinin gözəlliyinə heyretnən tamaşa edirdilər.

Miyanə – orta ölçülü.

Zığ vurmaq – çoxluq.~O qədər adam var ki, ağzına qədər zığ vırırdı.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycan gəncləri" statistik məcmuəsinin növbəti buraxılışında qeyd edilib.

Ən son

GÜNDƏM

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir.

GÜNDƏM

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin