Nəşr edilmişdir 11/18/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Bakı Lüğəti

Bakı Lüğəti

Tarixən dil kommunikasiya vasitəsi kimi primitiv özünü ifadə və instinktiv zərurəti ödəmək üçün var olmuşdur. Əsrlər, qərinələr, illər keçdikcə isə dil həmçinin estetik zövq bəxş edərək, hislərimizi və daxili dünyamızı daha aydın ifadə üçün bir alətə çevrilib.

Ana dilimizi düzgün istifadə edərək, onu qoruyub, gələcək nəsillərə ötürürük. Artıq silsilə halını almış rubrikamızda bu gün yeni sözləri sizə təqdim edirik.

Raybaray – fikrini tez-tez dəyişən.

~Çox raybaray adamdu, ona baş qoşma.

Sığışta – arxaikləşmiş söz olub, Novruz bayramı ərəfəsində yu­mur­­ta döyüşdürdükdə çartlayan yumurtaya deyilərdi.

Şibrədüşəndə – qabıqlı qaynanmış quru əncil. İki – şirə­yə+dü­şən­də sözlərinin birləş­məsin­dən əmələ gəlmışdir. Ən­ci­li öz şirəsində qay­na­dılır, sonra tikanın üstünəsərərək gün­də qurudurlar. Nəti­cə­də əmələ gələn quru əncilə “şibrədü­şən­də” deyilir.

Tağar  dənli bitkilərin çəkisini ölçmək üçün 19 puda bəra­bər ölçü vahidi.

Umsunmaq(ğ) – nəfsin çəkməsi. Kimsə yemək iyisi gələndə o iyi hiss edir, onu dadmaq könlündən keçirəndə və ya başqa yemək bildiyini (məsələn, xəmraşı iyini düşbərə iyi ilə səhv salaraq, onu yemək istəyi) hiss edəndə deyirlər ki; “Lap umsundum ha”.

Vərəzən xoş keçən, yaxşı keçən gün.

~Ay səni vərəzən günə çıxasan.

Yaşırmaq – gizlətmək.

~Yaşır mını (gizlət bunu).

Şəki-Zaqatala dialektində bu söz “yaşurd” şəklində işlədilir. Hətta bu söz “Dədə Qorqud”da da bu anlamda işlədilirdi.

Zeynəbud – acı, zəhər dadan, olduqca dadsız.

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba

Ən son

DİGƏR XƏBƏRLƏR

Regional istiləşmə həddini əvvəllər düşünüldüyündən daha tez görəcəyik.Baki-Baku.az bu barədə “Moskovski Komsomolets”ə istinadən xəbər verir.Məlumata

DİGƏR XƏBƏRLƏR

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio

DİGƏR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətindən