Nəşr edilmişdir 10/02/2024

Paylaşın

GÜNDƏM

Bakı İqlim Fəaliyyəti Həftəsi davam edir

Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü gününə start verilib.

“BakıBaku” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin üçüncü günündə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açılış nitqi ilə çıxış edəcək.

Sonra müxtəlif mövzularda panel sessiyalar və dəyirmi masalar keçiriləcək.

Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən, Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.

BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaq.

London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib.

Ən son

MEMARLIQ

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.

MEMARLIQ

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.