Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/24/2026

Paylaşın

HƏR ŞEYDƏN

Atalar sözləri: əsrlərin sınağından çıxmış xalq müdrikliyi

Atalar sözləri

Atalar sözləri sadəcə gözəl ifadələr deyil. Onlar xalqın yüzillər boyu topladığı həyat təcrübəsini, mənəvi dəyərlərini və müşahidələrini özündə əks etdirən müdrik kəlamlardır. Məhz buna görə də dünyanın demək olar ki, bütün xalqlarının öz atalar sözləri var və onlar bu gün də aktuallığını qoruyub saxlayır.

İlk atalar sözləri toplusu minilliklər əvvəl yaranıb. Ən qədim nümunələrdən biri qədim Misirdə eramızdan əvvəl təxminən XXIV əsrdə yazılmış “Ptahhotep nəsihətləri” hesab olunur. Sonralar müxtəlif ölkələrdə atalar sözləri yazıya alınmağa başladı və onların bir çoxu əsrlər keçməsinə baxmayaraq bu günə qədər gəlib çatdı. Bəzi məşhur kəlamlar isə bədii ədəbiyyatdan xalq arasında yayılıb. Məsələn, Aleksandr Qriboyedovun “Xoşbəxtlər saata baxmaz”, İvan Krılovun isə “Güclünün yanında həmişə günahkar zəif olur” fikirləri zamanla dillər əzbərinə çevrilib.

Atalar sözü ilə məsəlin əsas fərqi ondadır ki, atalar sözü bitkin fikir ifadə edir və insanı düşündürən, öyüd verən məna kəsb edir. Məsələn, “İşləməyən dişləməz” insanı zəhmətə səsləyir. Məsəl isə daha çox nitqi rəngarəng və təsirli etmək üçün işlədilən qısa ifadədir.

Dünya xalqlarının zəngin söz xəzinəsində Azərbaycan atalar sözlərinin də özünəməxsus yeri var. Onlarda ailəyə bağlılıq, zəhmətsevərlik, qonaqpərvərlik, dostluq, böyüyə hörmət və insanlıq kimi dəyərlər tərənnüm olunur. Aradan yüz illər keçsə də, bu hikmətli kəlamlar bu gün də öz dəyərini itirməyib.
Məsələn, “Ağıl yaşda deyil, başdadır” atalar sözü insanın dəyərinin yaşla deyil, düşüncəsi ilə ölçüldüyünü bildirir. “Dost dar gündə tanınar” əsl dostluğun çətin anlarda bəlli olduğunu xatırladır. “Yüz ölç, bir biç” hər addımı düşünərək atmağı tövsiyə edir. “Şirin dil ilanı yuvasından çıxarar” atalar sözü isə xoş sözün və nəzakətin ən çətin vəziyyətlərdə belə böyük gücə malik olduğunu göstərir.

Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə belə atalar sözləri gündəlik danışığımızın ayrılmaz hissəsi olaraq qalır. Onlar fikri qısa və təsirli şəkildə ifadə etməyə kömək edir, eyni zamanda bizə xatırladır ki, dürüstlük, zəhmətkeşlik, xeyirxahlıq və qarşılıqlı hörmət kimi dəyərlər zaman keçsə də dəyişmir.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir.

Ən son

HƏR ŞEYDƏN

Atalar sözləri sadəcə gözəl ifadələr deyil. Onlar xalqın yüzillər boyu topladığı həyat təcrübəsini, mənəvi dəyərlərini

HƏR ŞEYDƏN

Atalar sözləri sadəcə gözəl ifadələr deyil. Onlar xalqın yüzillər boyu topladığı həyat təcrübəsini, mənəvi dəyərlərini
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin