Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/03/2025

Paylaşın

HƏR ŞEYDƏN

Bakı ilham verən şəhərdir: Qallandın izləri ilə səyahət

Dünyada elə şəhərlər var ki, onlar qonaqları sadəcə qarşılamır, insanın daxilindəki gündəliyi yenidən yazır, uzun illərin səyahətlərindən daha güclü iz buraxır. Elə səyahətçilər də var ki, şəhərə sadəcə baxırlar, bir də var onun ruhunu görməyi bacaranlar. İsveçrəli sosioloq, antropoloq və fotoqraf Blez E.Qalland məhz belə insanlardan idi.

Onun 1975-ci ildə Bakıya dair arxiv şəkilləri və qeydləri bizə zamanın arxasında gizlənmiş kimi görünən bir şəhəri açır. Qalland Xəzər sahilindəki paytaxtı həssas, səs-küylü, rəngarəng — onu yalnız köhnə bakılıların xatırladığı və müasir səyahətçilərin görməyi arzuladığı şəkildə görmüşdü.

Qallandın unikal fotoları bizə o dövrün Bakısını göstərir — İçərişəhərin daş divarlarının, gurultulu bazarın və bulvarın heyrətamiz ahəng içində yaşadığı bir zamanı. Onun baxışı sadəcə tarixin sənədi deyil, keçmişlə gələcəyin arasında tutulmuş duyğulu bir şəhər portretidir.

Qərbli bir tədqiqatçı üçün Bakı ekzotika deyildi, açıq səma altında başgicəlləndirici bir muzey eksponatı idi. “Bu şəhər, səhifələri müxtəlif əlifbalarla yazılmış bir kitab kimidir”, – deyə o, səfər qeydlərində yazmışdı.

Əgər Qalland bu gün, artıq 1975-ci ildə deyil, 2025-ci ildə yenidən müasir Bakıya gəlsəydi, şübhəsiz ki, xoş şəkildə təəccüblənərdi. Bir vaxtlar lentə aldığı şəhər elə sürətlə və köklü şəkildə dəyişib ki, arxiv kadrları təkcə xatirə deyil, epoxaları müqayisə etmək üçün başlanğıc nöqtəsi olardı.

O, görərdi ki, Xəzər sahilindəki Odlar Yurdunun paytaxtı tarixi özəyi ilə ultramüasir estetik özünü ustalıqla birləşdirib və nə ruhunu, nə də onu yarım əsr əvvəl heyran edən şərq qonaqpərvərliyini itirib.

Qallandın bir vaxtlar ailələri, qayıq stansiyalarını və qağayıları çəkdiyi Bakı bulvarı bu gün geniş, çoxqatlı, parkları, muzeyləri, velosiped yolları, mediafasadları və futuristik obyektləri olan möhtəşəm bir rekreasiya məkanına çevrilib.

İçərişəhər isə onu daha da heyrətləndirərdi. Qallandın 1975-ci ildə gördüyü İçərişəhər bu gün beynəlxalq səviyyəli açıq səma muzeyinə çevrilib, amma o eyni doğma, isti atmosferini qoruyub saxlayıb.

Qalland üçün ən böyük təəccüblərdən biri Bakının yeni memarlıq və mədəniyyət simvolları olardı — “Flame Towers”, Heydər Əliyev Mərkəzi, yenilənmiş meydanlar, fəvvarələr, yaradıcılıq məkanları və bir vaxtlar sənaye zonası olan, onun boş gördüyü ərazilərin yerində salınmış tamamilə yeni rayonlar. Fotoqraf olan Qalland sevinərdi: müasir Bakı kamera üçün ideal şəhərə çevrilib — burada əksləri, siluetləri, xətləri və işıq axınlarını tutmaq mümkündür.

Sosioloq Qalland isə dərhal anlayardı: Bakının ürəyi dəyişməyib — bu, hələ də insanlardır. O, bakılıların tanış istiliyini, küçələrin çoxmillətliliyini, bulvarda ailələrin gəzintisini və 1975-ci ildə bazarda çəkdiyi o canlılığı yenidən görərdi.

Müasir Bakı dəyişib, amma yadlaşmayıb. O, sadəcə rakursunu dəyişib, xarakterini isə qoruyub. Qalland bu gün onu görsəydi, yəqin ki, belə deyərdi: zaman çox şeyi dəyişir, amma bu şəhərin heç vaxt dəyişməyən bir şeyi var – öz işığı.

Hacı Cavadov

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 58
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin