Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/07/2025

Paylaşın

GÜNDƏM

Bakı Dairəvi yolunun köməkçi hissəsində təmir işləri aparılır

Bakı Dairəvi yolu, AAYDA

Bakı şəhəri, Yasamal rayonu ərazisində, Bakı Dairəvi avtomobil yolunun köməkçi hissəsində təmir işləri aparılır.

Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri yolun Məhəmməd Xiyabani küçəsi ilə kəsişməsindən başlayaraq Moskva prospektinədək olan, ümumi uzunluğu 1 580 metr təşkil edən hissəsini əhatə edir.

Qeyd edək ki, bir müddət əvvəl bu ərazidə kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılıb, ardınca əks-dolğu işləri yerinə yetirilmiş və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib. Hazırda isə qazılmış hissənin mövcud asfalt-beton örtüklə eyni səviyyəyə gətirilməsi məqsədilə aşınma lay asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri görülür.

Təmir işlərinin 9 oktyabr saat 24:00-a dək tamamlanması planlaşdırılır.

Sürücülərdən göstərilən yol sahəsində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi şəkildə riayət etmələri xahiş olunur.

Bənzər Xəbərlər

Rüstəm Hüseynov ―AMEA Arxeologiya və Antropologiya İnstitutunun işçisi, tarix, təhsil və bədii sənət layihələrin kuratoru, sənədli film rejissorudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.

Ən son

GÜNDƏM

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində

GÜNDƏM

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin