Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.
Baki-baku.az Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, bu səbəbdən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları hadisə yerindədir. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.