Nəşr edilmişdir 01/08/2025

Paylaşın

GÜNDƏM

“Bakı Beton Konstruksiyaları” özəlləşdirilib

d7cd96ca-9308-447d-98f7-6f174f9f9b4f

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi bu ilin ilk hərracında “Bakı Beton Konstruksiyaları” MMC, eləcə də 26 nəqliyyat vasitəsi özəlləşdirilib.
Baki-Baku.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, əmlaklara ümumilikdə 129 sifariş qəbul olunub, bunun 29-u elektron qaydada həyata keçirilib.
6,15 milyon manata satılan müəssisənin ümumi tikili sahəsi 9.267 kvadratmetr, torpaq sahəsi isə 64.483 kvadratmetrdir. Müəssisədə müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və s. məhsulların istehsalı mümkündür.
Nəqliyyat vasitələri üzrə sifarişin çox olması hərracı rəqabətli edib. Belə ki, start qiyməti 6 750 manat olan “Sobol” markalı avtomobil 10 000 manata, 11 250 manat olan “BMW 740 Li” markalı avtomobil 15.000 manata satılıb.
Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3FcemE linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 14, 28 və 30 yanvarda keçiriləcək. Hərraclara səhmdar cəmiyyətinin səhm paketi və nəqliyyat vasitələri çıxarılıb.
İştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Özəlləşmədə iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində beh ödəməklə sifarişçi statusu əldə edə bilərlər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bir neçə gün əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsində M.Bayramov adına 196 nömrəli tam orta məktəbin yaxınlığında su borusundan

Ən son

GÜNDƏM

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin

GÜNDƏM

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin