Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən avtobus dayanacağı nişanının ağacların arxasında qalması və bu səbəbdən görünməməsi ilə bağlı redaksiyamıza şikayət daxil olub. Vətəndaşların bildirdiyinə görə, nişan görünmədiyi üçün çox zaman dayanacağı müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Baki-baku.az məsələ ilə bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edib. Aparılan operativ tədbirlər nəticəsində nişanı örtən ağac budaqları budanıb və nişanın görünməsi təmin olunub.
Hazırda dayanacaq nişanı aydın şəkildə seçilir və əraziyə gələn sərnişinlərin istiqamət müəyyənləşdirməkdə çətinlik çəkmədiyi bildirilir.