Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2025

Paylaşın

GÜNDƏM

Bakı aeroportunda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi açılıb

"Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi", Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında noyabrın 5-dən etibarən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi açılıb.

Baki-baku.az xəbər verir ki, sərgi Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dəstəyi ilə təşkil edilib.

Ümumilikdə 25 fotodan ibarət olan sərgi hava limanının 1-ci Terminalının “Duty Free” (beynəlxalq gediş), həmçinin baqaj alınma (beynəlxalq gəliş) zonalarında təşkil edilib və noyabrın 12-nə qədər davam edəcək

Böyük Britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan təsirli fotolar əsasında təşkil olunan sərginin keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri ilə bağlı həm yerli ictimaiyyəti, həm də ölkəyə gələn xarici qonaqları məlumatlandırmaq, gün-gündən dirçələrək inkişaf edən Qarabağın yeni simasını fotoşəkillər vasitəsilə əyani şəkildə nümayiş etdirməkdir.

İşğaldan azad edilmiş ərazilərdə çəkilmiş fotoşəkillərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası, tarixi-mədəni irsin bərpası və sosial infrastrukturun inkişafı öz əksini tapıb. Eyni zamanda, sərgidə Qarabağın təbiəti və nadir flora-faunası da xüsusi yer tutur.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında nümayiş olunan sərgi daha sonra Bakının iri ticarət mərkəzlərində və bir neçə digər məkanda da təşkil olunacaq.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu yarandığı gündən etibarən Qarabağla bağlı həqiqətlər, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlı maarifləndirmə və zəruri təşviqat işləri həyata keçirir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Elə binalar var ki, zaman onlarda sadəcə iz qoymayıb, o, hər divarın daşında, hər şüşənin parıltısında yaşayır. Belə

Ən son

İdman

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı

İdman

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin