Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/16/2025

Paylaşın

GÜNDƏM, İdman

Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub

Dünya İdman Paytaxtı, ACES, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası, «Спортивный столицы мира»

“Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib.

Baki-baku.az xəbər verir ki, titulun verilməsi Bakının “Dünya İdman Paytaxtı” (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində baş tutub.

Bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirə ACES (Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının) nümayəndə heyəti də qatılıb. Qurumun prezidenti Qian Françesko Lupatelli, baş katib Huqo Alonso, Monako Knyazlığının sabiq Təhsil, Gənclər və İdman naziri İzabelle Klaudio Aline Bonnal da qatılıblar.

Qeyd edək ki, 2025-ci ildə “Dünyanın İdman Paytaxtı” Monako şəhəri olub. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrindən 38 il keçir.

Ən son

ƏDƏBİYYAT

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə

ƏDƏBİYYAT

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin