Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/06/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Bahalı, dadlı, vitaminli Quzuqarnı – Faydalı bitkilər

Quzuqarnı

Quzuqarnı dünyada müxtəlif coğrafi bölgələrdə, Azərbaycanda isə əsasən Oğuz, Xaçmaz, Şabran və İsmayıllıda rast gəlinən göbələk növüdür.

Baki-baku.az bildirir ki, quzuqarnı ən dadlı və bahalı göbələklərdən biri hesab olunur. Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə bağlıdır. Meşələrdə az-az olan bu göbələk, əsasən qovaq ağaclarının altında bitir. Bu göbələklər adətən meşəliklərdə, çəmənliklərdə və ya zəif işıqlandırılan, torpağın yüksək nəmliyə sahib olduğu yerlərdə böyüyür. Onların inkişafı üçün ideal şərtlər yüksək rütubət və mülayim temperaturdur.

Adətən mart ayında yağış yağdıqdan sonra günəşli hava müşahidə olunur. Torpaq qızan kimi quzuqarnı böyüməyə başlayır. İki aya artıq tam yetişir və may ayında cəmi 20-25 gün ərzində toplanılır. Azərbaycanda əsasən iki cür növü var: sarı və qara. Qarası sarıya nisbətən baha olur. Orta qiymət 40-50 AZN arası dəyişir.

Adının “quzuqarnı” olması bu göbələyin şəklinə və xarakterik quruluşuna görədir. Göbələyin papaq hissəsi quzu qarnını xatırladır. Adətən kiçik və orta ölçülü olur. Dadı isə o qədər gözəldir ki, onu ömründə bir dəfə yeyən, mütləq şəkildə yenə yemək istəyir.

Quzu qarnı göbələyi, bəzi müalicəvi xüsusiyyətlərə malikdir. Müasir tibbdə bəzi göbələk növləri, immuniteti gücləndirən, iltihab əleyhinə təsir göstərən və hətta bəzi xərçəng növləri ilə mübarizə aparan komponentlərə malikdir. Bu göbələk, xüsusilə müxtəlif antibiotik və dərman preparatlarının hazırlanmasında istifadə edilən təbii maddələr üçün əhəmiyyətlidir.

Quzuqarnı orqanizmin müqavimətini artırır, qan təzyiqi tənzimləyir, xərçəngdən qoruyur, immuniteti gücləndirir, anemiyaya yaxşı təsir edir, diabetdə müsbət təsiri var, görməni yaxşılaşdırır, qaraciyərin funksiyasını stimullaşdırır, ürəyi xəstəliklərdən qoruyur, yüksək qida dəyəri var. Bundan başqa, tərkibində B1, B2 və C vitaminləri boldur. Yüksək miqdarda Kalsium, Natrium, Sink və Kalium ehtiva edir. Quzuqarnı göbələyi immunitet sistemini gücləndirir. Davamlı yeyildikdə orqanizmi bütün zərərli mikroorqanizmlərdən qoruyur.

Qeyd edək ki, bu göbələyi soğanla qovurub, közdə bişirib yemək olar.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yerin ən aşağı nöqtəsində yerləşən Ölü dəniz təkcə duzluluğuna və suyun içində həyatın demək olar ki, mümkün olmamasına

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki,

HƏR ŞEYDƏN

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki,
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin