Nəşr edilmişdir 02/13/2025

Paylaşın

GÜNDƏM

Bərk məişət tullantılarının yığılaraq çeşidlənməsi layihəsi uğurla davam edir

Bərk məişət tullantılarının yığılaraq çeşidlənməsi, məişət tullantıları

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir. Layihə hazırda paytaxtın 9 rayonunda – Nərimanov, Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbaildə müvəffəqiyyətlə icra olunur.
BŞİH-dən Baki-baku.az-a bildirilib ki, işlərin gedişatının monitorinqi məqsədilə hər bir rayon üzrə ayrıca toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi mütəmadi olaraq araşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir. Mütəxəssislərin mütəmadi olaraq apardıqları monitorinqlərin nəticələri layihənin uğurla həyata keçirildiyini göstərir.
Görülən tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi bu layihənin icrasına ötən ilin avqust ayında başlanılan Binəqədi rayonunda əldə edilən nəticələri uğur saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk aylarında çeşidlənmiş tullantının həcmi bir gündə 6-8 ton, sonradan isə tədricən 14-16 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 21-23 ton təşkil edir. Bu da, ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardıqları düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda, Binəqədi rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.
Ətraf mühitin çirklənmədən qorunması baxımından çox mühüm əhəmiyyət daşıyan bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə dövlətimizin başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün kommunal təyinatlı 164 müasir avtonəqliyyat vasitəsi və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olub.
Layihənin uğurla həyata keçirilməsi paytaxtın təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığımızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri

Ən son

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması