Nəşr edilmişdir 12/13/2024

Paylaşın

GÜNDƏM

Bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Qaz təchizatında fasilə

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Baki-baku.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata istinadən xəbər verir.
Məlumata görə, “Digah-Bilgəh” orta təzyiqli qaz kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədilə 13.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
“Həmçinin Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə 13.12.2024-cü il saat 09:30-dan etibarən işlər başa çatanadək “Şəki” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsinin, Ləhiş bağlarının və 2-ci Sovxoz ərazisinin, Şəki şəhərinin və rayonun İnçə, Qoxmuq, Oxud kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda vurğulanıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı şəhəri son illərdə sürətlə inkişaf etməkdədir. Bu prosesin yaxın 10 ildə hələ daha çox da inkişaf edəcəyi

Ən son

GÜNDƏM

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması qeydə alınıb.

GÜNDƏM

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması qeydə alınıb.