Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/27/2025

Paylaşın

GÜNDƏM

Bərdənin Qarayusifli kəndinin raket atəşinə tutulmasından beş il ötür

Гараюсифли

Bu gün Bərdənin Qarayusifli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından beş il keçir.

Baki-baku.az xatırladır ki, 2020-ci il 27 oktyabr tarixində Ermənistan ordusu beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə Qarayusifli kəndini hədəfə almışdı. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla 5 dinc sakin həlak olmuş, 14 nəfər mülki şəxs yaralanmışdı.

Həmin hücum 44 günlük Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı törədilən ən qanlı terror aktlarından biri kimi yadda qalıb. Qarayusifli hadisəsi beynəlxalq ictimaiyyət tərəfindən də mülki əhaliyə qarşı kobud hərbi cinayət kimi qiymətləndirilib.

Xatırladaq ki, 2020-ci ilin oktyabr və noyabr aylarında Ermənistan silahlı qüvvələri Bərdə şəhərini dəfələrlə raket və ağır artilleriya atəşinə tutub. 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində baş verən hücumlar nəticəsində 8-i qadın, 2-si uşaq olmaqla ümumilikdə 29 nəfər həlak olub, 112 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücumlar nəticəsində şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, yaşayış evlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusu isə 44 günlük müharibə ərzində dinc əhalinin qisasını döyüş meydanında alaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı küçələrinin adlarını daşıyanlardan biri də Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü), yazıçı, publisist, pedaqoq Tağı

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin