Nəşr edilmişdir 02/15/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb.

Baki-baku.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq Qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək. Yəni 20-31 mart tarixlərində Azərbaycanda iş günü olmayacaq.

Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür. Həmin gün şənbəyə düşdüyünə görə qeyri-iş günü avtomatik martın 10-a sürüşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü başlayıb.

Ən son

GÜNDƏM

Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın

GÜNDƏM

Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın