Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/21/2025

Paylaşın

GÜNDƏM

Azərbaycana yay fəsli daxil olub

yay fəsli, yay

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42-də daxil olub.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Baki-baku.az-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bu gün Bakıda Günəş günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək.
Bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az saytının müraciətindən sonra Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən əraziyə baxış keçirilib