Nəşr edilmişdir 04/09/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan Prezidenti: “Əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb”

IMG-20250409-WA0158

Əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Bizim bütün şanslarımız var idi.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı deyib: “Bütün dağıntılara, Azərbaycan xalqının əzab-əziyyətlərinə baxmayaraq, belə bir inkişaf baş tutmadı. Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Əgər biz Azərbaycan-Gürcüstan münasibətlərinə baxsaq, görə bilərik ki, enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq – bütün bunlar üstünlük gətirir. Əslində, Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Ən son

GÜNDƏM

Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması

GÜNDƏM

Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması