Nəşr edilmişdir 02/12/2025

Paylaşın

TARİXİMİZ

Azərbaycan kinosunun inkişafı

Kino

Azərbaycan kinosu zəngin tarixə malikdir. 1898-ci ildən ilk kino çəkilişlərinə başlanılmışdır. 1916-cı ildə isə “Neft və Milyonlar Səltənətində” filmi ilə kino tariximiz bədii kino sahəsinə ilk addımlarını atmışdır. Sovet dövründə Azərbaycan kinosu inkişaf edərək bu sahə üzrə formalaşmağa başlamışdır. Xüsusilə də, rejissor Şamil Mahmudbəyov “Azərbaycan Dövlət Kino”sunun rəhbəri olduğu illərdə (1924–1928) bu inkişaf daha çox nəzərə çarpmışdır.

“Bismillah”, “Lətif”, “Almaz” kimi bir sıra filmlər 1920-1940-cı illərdə çəkilmişdir. “Lətif” Azərbaycan kinosunda baş qəhramanı uşaq olan ilk filmdir. “Almaz” filmi isə qadın azadlığı uğrunda mübarizəni əks etdirmişdir. Filmdə Almaz adlı gənc qadın kəndə müəllimə kimi gəlir, uşaqların maariflənməsi üçün bir sıra tədbirlərə əl atır, lakin kənddəki bir çox insanların cahilliyi ucbatından Almazın qarşısına maneələr qoyulur, Almaz isə bu maneələri aşmağı qarşısına məqsəd qoymuşdur. Filmin ssenari müəllifi elə Cəfər Cabbarlı olmuşdur. Qadın azadlığı mövzusunda çəkilmiş başqa bir film isə “Sevil” filmidir. Hər iki film də Cəfər Cabbarlının əsərləri əsasında ekranlaşdırılmışdır. 

1945-ci ildə məşhur “Arşın mal alan” filmi ekranlara gəlir. Filmdə Əsgər adlı gənc tacir evlənmək fikrinə düşür, lakin dövrün tələblərindən fərqli olaraq qızı toydan öncə görmək istəyir. Filmin sonu komikliklə bitir. 1947-ci ildə rejissoru Yefim Dziqan olan “Fətəli xan” filmi çəkilir. Bu filmdə Quba xanı Fətəli xanın Azərbaycanı vahid bir dövlət kimi birləşdirmək uğrunda apardığı mübarizə öz əksini tapmışdır. Burda Fətəli xana qarşı hazırlanmış hiyləgər planlar da göstərilmişdir. 1950-1970-ci illərdə isə “Əhməd haradadır”, “O olmasın, bu olsun”, “Şərikli çörək” kimi filmlər çəkilmişdir. “Əhməd haradadır” filmi 1963-cü ildə musiqili komediya janrında çəkilmiş filmdir. Filmin rejissoru Adil İsgəndərov, ssenari müəllifi isə Sabit Rəhman olmuşdur. Filmdə 2 gəncin, yəni Əhməd və Leylanın adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmaq həvəsindən bəhs edir. Əhməd və Leyla sonda qarşılaşırlar və bir-birilərini sevirlər. 

“O olmasın, bu olsun” filmi Azərbaycan xalqının sevdiyi filmlərdən biridir. Filmin rejissoru Hüseyn Seyidzadə olmuşdur. Üzeyir Hacıbəyli əsərin müəllifi, Sabit Rəhman isə ssenari müəllifidir. Burdakı Məşədi İbad obrazının mahnısı isə dillər əzbəridir. Filmdə 2 gəncin ülvi, böyük və saf məhəbbəti göstərilir, onların qovuşması üçün isə Məşədi İbad maneə kimi ortaya çıxır. Sərvərin oyunu ilə Məşədi İbad Gülnazla evlənmək yerinə qulluqçu Sənəmlə evlənir. Rejissor mənfi qüvvələri ustalıqla təqdim etmiş və tamaşaçıya onu sevdirməyi bacarmışdır.

“Şərikli çörək” 1969-cu ildə dram janrında çəkilmişdir. Dövrün çətinlikləri, uşaqların fərəhsizliyi, İkinci dünya müharibəsinin yaratdığı fəsadlar göstərilmişdir. Film Bakıda çəkilmişdir. Rejisoru Şamil Mahmudbəyov, ssenari müəllifi isə Alla Axundova olmuşdur.

1980-1990-cı illərdə “Bakı – 42”, “Qorxma, mən səninləyəm”, “Üzeyir ömrü”, “Yeddi gözəl”, “Asif, Vasif, Ağasif” kimi filmlər çəkilir. “Bakı-42” filmi 1985-ci ildə rejissor Muxtar Dadaşov tərəfindən çəkilmişdir. Film İkinci Dünya müharibəsində faşizm üzərində Böyük Qələbənin 40 illiyinə həsr olunmuşdur. Filmdə Bakı neftçilərinin zəhmətkeşliyindən və misilsiz xidmətlərindən danışılır. “Qorxma, mən səninləyəm” filmi 1981-ci ildə çəkilmişdir. Filmdə bir-birini sevən 2 gəncin zülmkarlara qarşı mübarizə aparması göstərilir. Filmdə Azərbaycanın füsunkar təbiəti, onun mənzərəli dağları və vadiləri öz təcəssümünü tapmışdır. “Asif, Vasif, Ağasif” filmi 1983-cü ildə çəkilmişdir. Filmin rejissoru Rasim İsmayılov, ssenari müəllifi Nadejda İsmayılova olmuşdur. Filmdə 3 balaca oğlu olan bir ailə və uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları göstərilmişdir.

Bir çox filmlərimiz gözəl  Bakımızın  küçələrində çəkilmişdir. Nəinki öz filmlərimiz, hətta sovet filmləri də bu küçələrdə çəkilmişdir. “Brilliant əl” filmi Sovet İttifaqının müxtəlif şəhərlərində çəkilsə də, bəzi səhnələri Bakıda lentə alınıb. Əsasən, İçərişəhər, Şirvanşahlar sarayı, Cümə Məscidi kimi Bakının gözəl yerləri göstərilmişdir. Bundan əlavə, “Aybolit 66” filmini də  nümunə göstərmək olar. Demək olar ki, bir sıra filmlərimizdə Nizami küçəsində və İçərişəhərdə lentə alınmış səhnələr vardır. 

Kinomuz milli mədəniyyətimizin ayrılmaz hissəsidir. Keçmiş Azərbaycan filmləri sayəsində Respublikamızın, gözəl Bakı şəhərimizin keçmiş halını görürük, hətta bizim filmlərimizə baxan turistlər üçün bu məkanlar xüsusi əhəmiyyət kəsb edir. Bu küçələrdən keçərək və bu yerləri görərək filmlərimizdəki ab-havanı hiss edə bilərsiniz.

XXI əsrdə Azərbaycan kinosu yeni texnologiyalar və beynəlxalq əməkdaşlıqlarla inkişaf etməyə başlayıb. Dövlətin bu sahəyə maliyyə və texniki dəstəyi hələ də artmaqdadır. Azərbaycan kinosu keçmişdə olduğu kimi, gələcəkdə də inkişaf edəcək və daha geniş auditoriyaya xitab edəcək. Tarixi köklərə əsaslanan bu sənət növü, yeni texnologiyalar və yaradıcı yanaşmalar sayəsində dünya səviyyəsində tanınmağa davam edəcək.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri

Ən son

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması