Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/24/2025

Paylaşın

GÜNDƏM

“Azəriqaz”: “AFEN Plaza”dakı partlayışla bağlı əməkdaşlarımız boru xətlərini təftiş edirlər

"AFEN Plaza"

Bakıda binada baş verən partlayışın səbəbləri ilə bağlı dəqiq cavab istintaqın yekununda bəlli olacaq.

Baki-baku.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O bildirilib ki, İB-nin əməkdaşları hadisə yerindədirlər:

“Əməkdaşlar “Azəriqaz” məxsus boru xətlərinin təftişi ilə məşğuldurlar. Əraziyə qazın verilişi təmin olunmayıb. Ətrafda gedən boru xətlərində nasazlıq yaranması kimi iddialar səsləndirilir. Düşünürəm ki, bu kimi iddiaların səsləndirilməsi hələ tezdir. Hüquq-mühafizə orqanları araşdırma aparır və dəqiq cavab istintaqın yekununda bəlli olacaq”.

Xatırladaq ki, noyabrın 24-də Bakının Nərimanov rayonu ərazisində yerləşən “AFEN Plaza”da partlayış baş verib. TƏBİB-in məlumatına görə beş nəfər hospitalizasiya olunub.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin