Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/25/2026

Paylaşın

Mədəniyyət

Azərbaycanlı rejissor “Gümüş Karyera Ödülləri”nə layiq görülüb

“Gümüş Karyera Ödülləri”, Saida Haqverdiyeva, Саида Гаквердиева

Teatr və kino rejissoru Saida Haqverdiyeva Türkiyədə keçirilən IV “Gümüş Karyera Ödülləri”nin laureatlarından biri olub.

Baki-baku.az xəbər verir ki, rejissor bu nüfuzlu mükafata kino və teatr sahəsindəki uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti, həmçinin Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin Ankara şəhərində baş tutan uğurlu premyerasına görə layiq görülüb. Filmin Ankaradakı nümayişi qardaş ölkənin mediasında geniş əks-səda doğurmuş, onunla bağlı çoxsaylı materiallar dərc olunmuşdur.

Məlumat üçün bildirək ki, Türkiyənin Ankara şəhərində təşkil olunan “Gümüş Karyera Ödülləri” müxtəlif sahələrdə uğur qazanan şəxslərin təltif edildiyi ictimai-mədəni əhəmiyyətli tədbirdir. Mükafatlandırma BY Media şirkətinin “Protokol” Dərgisi tərəfindən həyata keçirilir və siyasət, biznes, media, sənət və akademik sahələrdə fərqlənən simaları əhatə edir.

Qeyd edək ki, bu il dördüncü dəfə keçirilən mükafatlandırma mərasimi tanıtım və peşəkar fəaliyyətin qiymətləndirilməsi baxımından mühüm platforma kimi çıxış edir.

Mükafatların rəsmi təqdimetmə mərasimi 20 may tarixində Ankara şəhərində baş tutacaq. Saida Haqverdiyeva mərasimdə şəxsən iştirak edəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu yarışların əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların

Ən son

Mədəniyyət

Teatr və kino rejissoru Saida Haqverdiyeva Türkiyədə keçirilən IV “Gümüş Karyera Ödülləri”nin laureatlarından biri olub.

Mədəniyyət

Teatr və kino rejissoru Saida Haqverdiyeva Türkiyədə keçirilən IV “Gümüş Karyera Ödülləri”nin laureatlarından biri olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin