Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/21/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası Bakıda keçiriləcək

Birgə Hökumətlərarası Komissiya, Межправительственной комиссии

Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası Bakıda keçiriləcək.

Baki-baku.az xəbər verir ki, Komissiyanın növbəti iclası dekabrın 22-23-də baş tutacaq.

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak etmək üçün Azərbaycana səfər edəcək. Toplantıya Azərbaycan tərəfdən Baş nazir Əli Əsədov sədrlik edəcək.

İclasda iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət hədəfi istiqamətində atılacaq addımlar ətrafında mövzular müzakirə olunacaq.

Komissiyanın iclası ilə yanaşı, Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu da keçiriləcək. Forumun keçirilməsində məqsəd iqtisadi əlaqələrin dərinləşdirilməsi, iş adamlarının bir araya gətirilməsi və ortaq investisiya imkanlarının inkişaf etdirilməsidir.

Eyni zamanda, MÜSİAD çərçivəsində türk və azərbaycanlı iş adamlarının görüşü də nəzərdə tutulur.

Rəsmi məlumatlara görə, Türkiyə uzun müddətdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2024-cü ildə Türkiyənin Azərbaycana ixracı 3,1 milyard dollar, Azərbaycandan idxalı isə 4,8 milyard dollar təşkil edib. Hazırda Türkiyə Azərbaycanın ən çox ixrac etdiyi ikinci, idxal etdiyi isə üçüncü ölkədir.

Xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçən ilin mayında Ankara şəhərində keçirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Ən son

GÜNDƏM

Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.

GÜNDƏM

Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin