Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/20/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın doğum günü qeyd olunur

Gültəkin Əsgərovanın doğum günü, Gültəkin Əsgərova

Bu gün – 20 noyabr – Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Gültəkin Məlik qızı Əsgərovanın doğum günüdür.

Baki-baku.az xatırladır ki, Gültəkin Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində anadan olub.

Tibb sahəsində fəaliyyət göstərən Gültəkin Əsgərova 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib və 8 №-li təcili yardım stansiyasında işə başlayıb. 1991-ci ildən Uroloji kliniki xəstəxanada çalışmış, Qarabağ müharibəsi başladıqda körpə qızını anasına əmanət edərək cəbhəyə könüllü yollanıb. O, yaralı əsgərlərə yardım göstərmək üçün Turşsu və Şuşa xəstəxanalarında, eləcə də Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib.

Gültəkin Əsgərova Şuşa həbsxanasının azad olunmasında mühüm rol oynamış, Şuşanın işğalından sonra Laçın və Qubadlının müdafiəsində iştirak etmişdir. 1992-ci il iyunun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

Onun adı Azərbaycanda əbədiləşdirilib: oxuduğu məktəbə adı verilib, Bakıda bir neçə büst və xatirə lövhəsi ucaldılıb, Təfəkkür Universitetinin Tibbi biologiya kafedrasına adı verilib, Xəzərdə üzən gəmilərdən birinə onun adı qoyulmuşdur. 2014-cü ildə ona həsr olunan “Gültəkin” filmi və “Gültəkin zirvəsi” kitabı təqdim olunub.

1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Gültəkin Əsgərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Onun xatirəsi və qəhrəmanlığı xalqımız tərəfindən ehtiramla anılır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bunu ADY-nin sədri Rövşən Rüstəmov "NE Global" nəşrinə müsahibəsində bildirib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin