Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/28/2026

Paylaşın

GÜNDƏM

Azərbaycanda yağıntılar üzrə son 100 ilin rekord göstəricisi qeydə alınıb

IMG-20260328-WA0024

Hazırda Bakıda və Abşeron yarımadasında intensiv xarakterli yağış davam edir.

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, son 100 il ərzində 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36, 8 millimetr olub və bu, aylıq normanın 156 faizini təşkil edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı 120 millimetr qeydə alınıb. Bu da aylıq normanın 508 faizinə bərabərdir.

Aylıq göstəricilərə gəldikdə isə 1988-ci ilin mart ayında ümumilikdə Bakıda və Abşeron yarımadasında 83 millimetr yağıntı düşüb və bu, aylıq normanın 352 faizini təşkil edib 2026-cı ilin mart ayının ötən 27 günü ərzində düşən yağıntının miqdarı 128 millimetr olub ki, bu da aylıq normanın 542 faizini təşkil edir.

Beləliklə, həm sutkalıq, həm də aylıq yağıntı üzrə rekord göstəricilərin yeniləndiyi qeydə alınıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sovet İttifaqının neft sənayesi tarixində Bakı ilə bağlı çoxlu adlar var. Onlardan biri mühəndis-neftçi və dövlət xadimi, mədənlərdə

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında martın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında martın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin