Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/07/2026

Paylaşın

GÜNDƏM

Azərbaycanda pravoslav xristianları Milad bayramını qeyd ediblər

IMG-20260107-WA0030

Bu gün pravoslav xristianları İsa Peyğəmbərin mövludunu – Milad bayramını qeyd edirlər.

Baki-baku.az, Bakıda Pravoslav xristianları yanvar ayının 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu – Milad bayramını qeyd ediblər.

Bu bayram xristianlıqda ən önəmli günlərdən hesab olunur və Miladda ənənəyə uyğun olaraq İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsi qeyd edilir.

Bayramla əlaqədar Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilir, bayram ayinləri yerinə yetirilir.

Milad bayramının əsas qayəsi sevgi, sülh, bağışlamaqdır. Milad bayramı münasibətilə təşkil edilən dini mərasimlərdə iştirak yeni dövrün başlanğıcını simvolizə etdiyinə görə xristianlar üçün xüsusi əhəmiyyət daşıyır.

Həmin günün şərəfinə süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi düzülür. Süfrəyə düzülən yeməklərin hər birinin dadına baxmaq isə mütləq hesab edilir. Masada canlı alov – şam yanır.

Müqəddəs gecənin ən başlıca yeməyi isə buğdadan hazırlanan kutya hesab edilir. Amma kutyanın hazırlanmasında üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir.

Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İçərişəhərin lap mərkəzində, dar küçələr və daş evlər arasında elə bir məscid ucalır ki, sanki tarixçilər arasında mübahisə

Ən son

GÜNDƏM

Şavar ibn Mücirin xəyanəti, Amalrikin baş tutmayan niyyəti

GÜNDƏM

Şavar ibn Mücirin xəyanəti, Amalrikin baş tutmayan niyyəti
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin