Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda oktyabrın 8-dən qrip əleyhinə vaksinasiyaya başlanılacaq

Vaksinasiya, Vaksin

Səhiyyə Nazirliyi payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinə qarşı vaksinlər gətirib.

Bu barədə Baki-baku.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan vaksin tam təhlükəsiz və yüksək keyfiyyətlidir.

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, oktyabrın 8-dən etibarən vaksinasiyaya başlanılacaq.

Xüsusilə səhiyyə işçilərinin, hamilələrin, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı körpələrin qripə qarşı peyvənd olunması tövsiyə edilir.

Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Nazirlik əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib

Ən son

GÜNDƏM

Baki-baku.az bildirir ki, bölmə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi və

GÜNDƏM

Baki-baku.az bildirir ki, bölmə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi və
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin