Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/17/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyulub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər”i təsdiqləyib.

Baki-baku.az xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, bu Tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin, Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri müəyyən edir.
Belə ki, avtomobil nəqliyyatı vasitələri əsasən aşağıdakı tələblərə cavab verməlidir:

  • gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş alətinə malik olmalıdır;
  • sərnişin sayğacına (avtomobil nəqliyyatı vasitələrinə minən və düşən sərnişinlərin avtomatik sayılmasını həyata keçirən qurğu) malik olmalıdır.
  • sıxılmış təbii qazla işləyən mühərriklə və dizel mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1 milyon km-dən, elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1,2 milyon km-dən artıq olmamalıdır;
  • dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddəti keçməməlidir;
  • elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin təkrar doldurula bilən və ya əvəz oluna bilən batareyalarla təmin olunmalıdır.
    Bu Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
    Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər verdiyimiz kimi mart ayının 27-si səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları,

Ən son

GÜNDƏM

Baki-baku.az-a sakinlər tərəfindən daxil olan şikayətə görə, kəndin bir çox ərazilərində böyük gölməçələr yaranıb və

GÜNDƏM

Baki-baku.az-a sakinlər tərəfindən daxil olan şikayətə görə, kəndin bir çox ərazilərində böyük gölməçələr yaranıb və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin